Roma Milli Mərkəzi Kitabxanasının roman və fotoarxiv şöbəsinin doktoru Paola Puqlisi və “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsinin rəhbəri, rezident tvinninq müşaviri Alessandro Bianki AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan tehsil-press.az-a bildiriblər ki, görüşdə Alessandro Bianki qeyd olunan layihə çərçivəsində tarix, mədəniyyət, etnoqrafiya, dilçilik və s. sahələrdə aparılan işlərlə maraqlandığını söyləyib. O, Paola Puqlisinin Romada kitabxana sektorunda çalışdığını və Azərbaycandakı arxivlərlə, kitabxanaların elektronlaşdırılması ilə tanış olmaq istədiyini bildirib.
İnstitut direktorunun müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bu elm müəssisəsində saxlanılan əlyazma və şəxsi arxivlər barədə qonaqlara məlumat verib. O, institutun arxivinin elektronlaşdırılmasının qarşıda duran ən ciddi vəzifələrdən biri olduğunu diqqətə çatdırıb və görülən işlər barədə söz açıb.
İnstitut direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov qurumda 12 mindən çox əlyazmanın mühafizə olunduğunu və onların böyük hissəsinin tədqiq edildiyini bildirib. Qeyd olunub ki, institutda Azərbaycanın 32 görkəmli sənət adamının şəxsi arxivi mühafizə edilir.
Tehsil-press.az