Venesuela hökuməti müxalifətlə danışıqlara hazırdır - XİN başçısı

Venesuela hökuməti müxalifətlə danışıqlara hazırdır - XİN başçısı Venesuela hökuməti müxalifət nümayəndələri ilə danışıqlar masasında oturmağa hazırdır.
Bu barədə Venesuela XİN-in rəhbəri Xorxe Arreasa açıqlama verib:
“Əgər Venesuela müxalifəti bizimlə danışıqlar masasında əyləşmək istəsə, yarım saat sonra biz bunu edə bilərik. Həqiqətən də, biz heç vaxt danışıqlar masasından durmamışıq. İstərdim ki, bu istək onlar tərəfindən gəlsin. ABŞ-dakı rəislərindən icazə alaraq bizimlə danışıqlar masasında əyləşib, həll yolunu tapsınlar.
Nazir onu da vurğulayıb ki, danışıqlar nəinki müxalifətin, həmçinin hakimiyyətin tabe olduğu Venesuela Konstitusiyası çərçivəsində mümkündür.
Xatırladaq ki, Venesuela parlamentinin spikeri Xuan Quaido yanvarın 23-də kütləvi antihökumət etirazları fonunda özünü ölkənin müvəqqəti prezidenti elan edib.
ABŞ və bir sıra ölkələr onu dövlət başçısı kimi tanıdıqlarını elan ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər