Xuan Quaido tərəfdarları qarşısında prezident andı içdi - Video
Venesuela parlamentinin sədri Xuan Quaido prezident səlahiyyətlərini üzərinə götürüb. Müxalif lider paytaxt Karakasın Çakao rayonunda toplaşan tərəfdarlarının önündə and içib: “Venesuela prezidenti kimi səlahiyyətləri üzərimə götürməyimə and içirəm”.