“Lotu Quli”nin adamı saxlanıldı - Məclisə basqın

“Lotu Quli”nin adamı saxlanıldı - Məclisə basqın Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun tərəfdarı Ukraynanın Donetsk əyalətində Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Bu barədə Donetsk vilayətinin polis rəisi Artyom Kisko öz feysbuk hesabında məlumat yayıb. O, Gürcüstan vətəndaşı olan şəxsin Mariupol şəhərində keçirilən ad günü məclisində saxlanıldığını, onun Ukraynaya “Lotu Quli”nin tapşırığı əsasında kriminal sabitlik yaratmaq məsqədilə gəldiyini bildirib.
Kisko qeyd edib ki, saxlanılan şəxs Poltavada soyğunçuluq etdiyinə görə beynəlxalq axtarışda olub və bu səbəbdən Ukraynaya başqa ad, soyadla gəlib. Polis rəisi onu da bildirib ki, adı açıqlanmayan şəxs hazırda istintaq təcridxanasındadır.

Aysel Kərimova

Oxşar xəbərlər