Geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir

Geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 4-dən 6-dək kosmik hava durumunu açıqlayıb.
Geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub. Günəş fəallığı növbəti üç gün ərzində (fevralın 4-dən 6-dək) çox aşağı səviyyədə olacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrlərinin nominal səviyyədə qalacağı, geomaqnit sahənin ümumən sakit rejimdə olacağı proqnozlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər