Geomaqnit qasırğası başlayıb

Geomaqnit qasırğası başlayıb Yer kürəsində G2 kateqoriyalı geomaqnit qasırğası başlayıb.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, günəş aktivliyinin növbəti üç gün ərzində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir. Proqnoz dövründə bu gün geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor - Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün bu qasırğa səviyyəsinin davam edəcəyi, noyabrın 7-də isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin həmin gün də fasilələrlə həyəcanlanmaların olacağı istisna edilmir.
Rəsədxanadan o da bildirilib ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə, hətta bəzi sağlam insanlarda baş ağrıları, yuxusuzluq, stress və depressiya yarada bilər. Belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmamaq, çoxlu təmiz su içmək, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhət görülür. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

Tehsil-press.az

Oxşar xəbərlər