Sumqayıt şəhər Q.Qarayev adına UMM-də dahi bəstəkar Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Sumqayıt şəhər Q.Qarayev adına UMM-də dahi bəstəkar Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Qara Qarayev adına uşaq musiqi məktəbində dahi bəstəkar Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın həyatı və zəngin yaradıcılığı haqqında geniş məlumat verilib.
Sonra bəstəkarın uşaqlar üçün yazdığı fortepiano əsərləri, kinofilmlərə yazdığı mahnılar, musiqi sənətimizin qızıl inciləri olan baletləri müəllim və şagirdlər tərəfindən ifa olunub.
Müxtəlif alətlərin ifasında səslənən bu möhtəşəm musiqilər dinləyicidə böyük maraq yaradıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər