Səudiyyə tarixində bir ilk yaşandı

Səudiyyə tarixində bir ilk yaşandı Səudiyyə Ərəbistanı Cənubi Amerikada yerləşən fransız “Qayana” kosmik stansiyasından ilk rabitə peykini buraxıb.
Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman SGS1 peykini yollamadan 10 ay əvvəl qurğunun son detalının üzərinə "Buludların üstündə” sözlərini yazıb.
Ərəbistanın Ticarət Nazirliyinin bloqunda yer alan məlumatda qeyd edilir ki, peyk sayəsində Yaxın Şərq, Şimali Afrika və Avropada telekommunikasiya, güclü internet bağlantısı, televiziya və təhlükəsiz ünsiyyət olacaq.
Qeyd edilir ki, SGS1 peyki 20 il xidmət edəcək, ona krallıqdakı yerüstü stansiyalarda çalışan milli mütəxəssislər nəzarət edəcək.

Aysel Kərimova

Oxşar xəbərlər