Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-i 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,42 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,13 dollar/barel təşkil edib ki, Tehsil-press.az-a görə, bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,31 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər