Moldovanın paytaxtı Kişinyovda “Ləyaqət və Həqiqət” vətəndaş platforması tərəfindən təşkil olunmuş etiraz aksiyalarında 14 polis xəsarət alıb.
RİA Novosti xəbər verir ki, bu barədə Baş polis inspektoratının rəhbəri Aleksandr Pınzar bildirib. Pınzarın sözlərinə görə, onlardan 4-ü xəstəxanalara yerləşdirilib. Yardım üçün müraciət edənlər arasında iki mülki şəxs də var.
Moldovanın paytaxtı Kişinyovda keçirilən hökumət əleyhinə aksiyada qətnamə qəbul ediləndən sonra aksiyaçılar hökumət binasını mühasirəyə almaq barədə qərar qəbul ediblər. Qətnamədə qeyd edilib ki, Moldova “əsir dövlətdir” və dövlətə qaytarılmalı, ölkənin dövlət orqanları da müstəqil olmalıdır. “Ləyaqət və Həqiqət” platformasının lideri Andrey Nestase deyib ki, yeganə həll yolu növbədənkənar parlament, prezident seçkiləri və iyuldan gec olmayaraq referendum keçirilməsidir: “Biz təcili növbədənkənar parlament və prezident seçkilərinin tarixinin müəyyənləşdirilməsini tələb edirik”.
Andrian Nestase deyib ki, hakimiyyət özünü təcrid edib, milyardlar oğurlayıb, xalq isə yoxsulluq içərisində yaşayır. A. Nestase bildirib ki, artıq 1 ildir ki, aksiya keçirirlər, ancaq hakimiyyət onları eşitmir. Aksiyaçılar növbədənkənar seçki və hakimiyyətin istefası ilə bağlı şüarlar səsləndirir, eyni zamanda ölkədəki Avropayönümlü partiyaların koalisiyasının arxasında durduğunu düşündükləri oliqarx Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.
Daha sonra aksiyaçılar hökumət binasını əhatəyə almağa qərar veriblər. Yüzlərlə polis hökumət binası ətrafında həlqə yaradıb, aksiyaçıların binaya yaxınlaşmasına mane olmağa çalışırlar. Hələ ki, aksiyaçılar və polislər özlərini təmkinli aparır, hər hansı qarşıdurma qeydə alınmayıb.
Təşkilatçılar aksiyada 30 minə qədər, polis isə 10 minə qədər insanın iştirak etdiyini bildirir. Polis aksiya təşkilatçıların nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı və Kişinyova gəlmək istəyən insanların əhəmiyyətli qisminin qarşısının alındığı barədə ittiahmı da qəbul etmir. Bununla belə, hazırda Kişinyovun mərkəzində hərəkət tamamilə dayandırılıb, marşrut avtobusları və trolleybuslar hərəkət etmir. Şəhərin bir rayonundan digərinə yalnız taksi ilə getmək mümkündür.
Bu gün Moldovada sağ-mərkəzçi “Ləyaqət və Həqiqət” platformasının bir neçə min tərəfdarı hökumət əleyhinə keçiriləcək aksiyada iştirak etmək üçün Kişinyovun mərkəzində toplaşıb. Tehsil-press.az-ın verdiyi məlumata görə, aksiyada hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb ediləcək.
Paralel olaraq mitinq keçirilən meydanın yanında yerləşən Moldovanın əsas kilsəsində dini bayrama həsr edilən tədbir keçirilir.
tehsil-press.az