“Mənim Universitetim – 100 il” layihəsinə start verilib

“Mənim Universitetim – 100 il” layihəsinə start verilib Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsinə start verilib.
Layihənin məqsədi Bakı şəhərinin bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə Bakı Dövlət Universiteti tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.
İlk görüş Xəzər rayonunda yerləşən 181 və 183 saylı orta məktəbdə baş tutub. 181 saylı orta məktəbin direktoru Nazilə Məmmədova tədbiri açaraq Bakı Dövlət Universiteti haqqında ümumi məlumat verib.
BDU Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov universitetin tarixi, fəaliyyət istiqamətləri, görkəmli məzunları, təhsili və tələbə həyatı barədə danışıb.
Görüşdə şagirdlərə “BDU – mənim universitetim” adlı inşa müsabiqəsi haqqında da məlumat verilib. Məlum olub ki, inşa müsabiqəsinin qalibləri universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbir Bakı Dövlət Universitetinin həyatını əks etdirən videoçarxın nümayişi və şagirdlərin universitetlə bağlı çoxsaylı suallarının cavablandırılması ilə bağa çatıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 27 fevral 2019-cu il


“Mənim Universitetim – 100 il” layihəsinə start verilib

Oxşar xəbərlər