Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə dəyirmi masa keçirilib.
BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli istiqamətində görülən işlərə xüsusi önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
D.Qəmbərov Azərbaycanda aparılan dövlət gənclər siyasətindən, ölkədə yaradıcı, aktiv gənclərin öz potensiallarını inkişaf etdirməsi üçün yaradılan şəraitdən danışaraq Azərbaycan Respublikasının Gənclər Fondunun bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd edib. Dövlət gənclər siyasətinin Bakı Dövlət Universitetində də uğurla həyata keçirildiyini vurğulayan D.Qənbərov BDU THİK-in müvafiq layihələri və tədbirlərindən danışaraq, 2018-ci ili bu baxımdan səmərəli il kimi xarakterizə edib.
Dəyirmi masada Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əli Babazadə, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyev, Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Şəbnəm Qurbansoy çıxış edib, bu sahədə dövlət siyasətindən danışıblar.
Tədbirdə tələbə gənclərin sualları cavablandırılıb və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup fəal tələbəyə BDU THİK-nin Fəxri fərmanı və pul mükafatları təqdim olunub.

BDU-nun Mətbuat Xidməti