Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvlüyünə layiq görülüb və təsis etdiyi xatirə medalı ilə təltif olunub.
Rektor Kamal Abdullanın ADU-ya rəhbərlik etdiyi tarixdən etibarən şəhid ailələrinə, onların ADU-da təhsil alan övladlarına, kollektivdə yer alan Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşması, həmçinin erməni qəsbkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalı günlərini qan yaddaşı olaraq tələbələrin hafizəsinə hopdurulması və vətənpərvər ruhlu vətəndaş və pedaqoq kimi yetişmələri üçün mühazirə-seminar dərslərində onlarla bu mövzuda zəruri söhbətlərin aparılmasını professor-müəllim heyətinə tövsiyə etməsi, o cümlədən ali təhsil müəssisəsində 20 yanvar, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirməsi, tələbələrin universitetin ictimai həyatında fəal rol oynamağa şərait yaratması, bu tədbirlərin məntiqi davamı kimi Azərbaycan Respublikasının məcburi köçkün məktəblərində, xüsusilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd orta məktəbində tələbələrin pedaqoji təcrübəyə göndərilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər, əsil pedaqoq və peşəkar təhsil mütəxəssisi, həm də mənəvi ata və şəfqətli insan kimi fəaliyyəti şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, onların ailə üzvlərinin dərin minnətdarlığına və riqqətinə səbəb olub.
Bütün bunları əsas tutaraq İctimai Birliyinin idarə heyəti çoxsaylı müraciətləri əsasında akademik Kamal Abdullanın mükafata layiq görülməsi barədə qərar qəbul edilib.

ADU-nun Mətbuat Xidməti