33054 şagird buraxılış imtahanı verəcək

33054 şagird buraxılış imtahanı verəcək Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2019-cu il tarixində respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
Həmin gün ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 10-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır.

Tehsil-press.az

Oxşar xəbərlər