Növbəti buraxılış imtahanında 57088 şagird iştirak edəcək

Növbəti buraxılış imtahanında 57088 şagird iştirak edəcək İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur.
Bu barədə Tehsil-press.az- Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Həmin gün ümumilikdə, 57088 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif II mərhələ üzrə 31715, XI sinif üzrə 25373).
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- “İmtahana buraxılış vərəqəsi”;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX siniflərin buraxılış imtahanın II mərhələsi haqqında məlumat
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 83 imtahan binası ayrılıb.
Həmin gün 31713 ( Xocavənddə 76, Gəncədə 3266, Daşkəsəndə 274, Göygöldə 902, Samuxda 680, Xızıda 139, Mingəçevirdə 1176, Naftalanda 80, Goranboyda 1355, Şəkidə 1970, Oğuzda 568, Ağcabədidə 1712, Göyçayda 1262, Ucarda 870, Ağdaşda 1249, İsmayıllıda 1033, İmişlidə 1193, Füzulidə 788, Beyləqanda 1078, Sabirabadda 1749, Saatlıda 1021, Lənkəranda 2169, Astarada 1180, Lerikdə 661, Masallıda 2105, Xaçmazda 2007, Şabranda 672, Siyəzəndə 480 ) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
XI siniflərin buraxılış imtahanı haqqında məlumat
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 83 imtahan binası ayrılıb.
Həmin gün 25373 (Xocavənddə 53, Gəncədə 2560, Daşkəsəndə 243, Göygöldə 754, Samuxda 515, Xızıda 93, Mingəçevirdə 998, Naftalanda 62, Goranboyda 1072, Şəkidə 1770, Oğuzda 526, Ağcabədidə 1481, Göyçayda 904 Ucarda 632, Ağdaşda 903, İsmayıllıda 804, İmişlidə 1064, Füzulidə 649, Beyləqanda 832, Sabirabadda 1755, Saatlıda 719, Lənkəranda 1783, Astarada 825, Lerikdə 492, Masallıda 1536, Xaçmazda 1473, Şabranda 509, Siyəzəndə 366 ) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 224 imtahan rəhbəri, 2778 nəzarətçi-müəllim ayrılıb. Hal-hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə növbəti baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər