
Bu il bəzi rayonlarda onlarla müəllim sertifikasiya imtahanından keçə bilməyib. Statistikalar göstərir ki, imtahanda minimal keçid balını toplaya bilməyənlərin sayı heç də az deyil.
Ötən il sertifikatlaşdırma imtahanından kəsilən 3 338 müəllim bu il yenidən imtahanda iştirak etdi. Onların arasında imtahana girməyən, nəticəsi ləğv olunan və ən əsası müvafiq keçid balını toplaya bilməyən 2 346 nəfərin müqaviləsinə isə əmək qanunvericiliyinə uyğun olaraq xitam verildi.
Ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilmiş təkrar sertifikasiya imtahanında nəticəsi uğursuz olan və bu səbəbdən ən çox əmək müqaviləsinə xitam verilən müəllimlərin bölgələr üzrə siyahısını hazırlayıb.
Siyahını təqdim edirik:
Ağdam 94
Lənkəran 89
Gəncə 69
Sabirabad 68
Kəlbəcər 55
Abşeron 54
Zaqatala 52
Şəmkir 50
Tovuz 50
Göyçay 34
Salyan 34
Şamaxı 25
Quba 25
Əldə olunan rəqəmlər göstərir ki, sertifikasiya imtahanından kəsilərək əmək müqaviləsinə xitam verilən müəllimlərin sayı kifayət qədər çoxdur. Bu, müəllimlərimizin öz vəzifə borcunu yetərincə yerinə yetirmədiyini, bilik və bacarıqlarını vaxtında yeniləmədiklərini açıq şəkildə ortaya qoyur. Belə müəllimlərin təhsil sistemində qalması şagirdlərin gələcəyinə birbaşa zərbə vurur və ölkənin təhsil keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Bu, həm də onların təhsil sahəsindəki peşəkar standartlara və tələb olunan səviyyəyə cavab vermədiyini göstərir. Müəllim peşəsi yüksək məsuliyyət və davamlı özünüinkişaf tələb edir. Uğursuzluğu qəbul etmək və təkmilləşməyə meyl göstərməmək bir müəllim üçün qəbuledilməzdir.
Sertifikasiya imtahanlarında kəsilən müəllimlərin sayı ciddi xəbərdarlıqdır. Bu peşədə yalnız ən hazırlıqlı və məsuliyyətli şəxslər qalmalıdır.
Tehsil-press.az