Demokrat Elizabet Uorren ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

Demokrat Elizabet Uorren ABŞ prezidentliyinə namizədliyini irəli sürüb ABŞ senatoru, demokrat Elizabet Uorren (Massaçusets ştatı) rəsmi olaraq ABŞ-da 2020-ci ildə keçiriləcək prezidenti seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.
Bunu Uorren Lorens şəhərində mitinq zamanı deyib.
"Mən bu gün burada ondan ötrü dayanmışam ki, ABŞ prezidentliyinə namizəd olduğumu deyim. Bu (seçkilər) həyatımız uğrunda, hər kəsin xəyalları gerçəkləşə biləcəyi Amerikanın konsolidasiyası uğrunda mübarizədir", - deyə Uorren bildirib.
Daha öncə Uorren 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürmək uğrunda mübarizə aparmaq niyyətini bildirən ABŞ Demokratik Partiyasının ilk nümayəndəsi olub. O, 2018-ci ilin noyabrında Massaçusets ştatından ikinci altı ilik müddətə senator seçilib. Demokrat 60 faizdən çox səs toplamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər