WSJ: "Senator Elizabet Uorren ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq"

WSJ: Senatının Massaçusets ştatından olan üzvü Elizabet Uorren 2020-ci ildə prezident seçkilərində iştirak üçün araşdırma komitəsinin yaradıldığını açıqlayıb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Elizabet Uorren Demokrat partiyasının liderlərindən biri hesab olunur.
Qanuna görə, araşdırmaçı komitə senatora hələ rəsmi kampaniyaya start verilmədən də pul toplamağa imkan verir.
Ekspertlər Elizabet Uorrenin partiyasının vahid namzidi olmaq şansını yüksək qiymətləndirirlər. Hələlik demokratlar arasında favorit keçmiş vitse-prezident Co Bayden hesab olunur.
Elizabet Uorrenin namizədliyi məsələsinə prezident Donald Tramp da reaksiya göstərib.
Bununla bağlı suala cavab verən Tramp ənənəvi kobudluğu ilə potensial rəqibini psix adlandırıb.
“Mən onun qələbə şansları haqqında nəsə deyə bilmərəm. Gedin bunu onun psixiatrından soruşun”,-deyə Donald Tramp bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər