Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunan tədbir keçirilib Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri, Akademiyanın müəllim və tələbə kollektivi iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbir akademiyanın akt zalında davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsindən, eləcə də Azərbaycan təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət təhlükəsizliyi orqanlarına diqqət və qayğısından bəhs edən sənədli film nümayiş olunub.
Sonda Bakı şəhəri Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan xalq mahnıları, o cümlədən Ulu Öndər Heydər Əliyevin sevimli mahnıları, dünya və milli musiqi klassiklərimizin əsərlərindən təqdim edilən hissələr tədbir iştirakçılarında xoş ovqat yaradaraq alqışlarla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər