Azərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunub

Azərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunub Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib.
Tədbirdə elm və təhsil məsələləri üzrə müşavir, dosent Seyfəl Həsənov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. O, bu tarixin ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyini deyib. “Sülh və tərəqqi naminə Ümumdünya Elm Günü noyabrın 10-da UNESCO səviyyəsində dünyanın hər yerində qeyd olunur. Nə xoşdur ki, Azərbaycan da inkişaf etmiş mütərəqqi ölkələrin siyahısında öz adını qeyd etdirib. Ölkə başçısının Azərbaycan elminin inkişafına, alimlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, gələcəyin alimləri olan tələbələrimizin, magistrantlarımızın təhsil imkanlarının genişləndirilməsinə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına yönəlmiş bir sıra səylərinin hamımız şahidiyik. Hamınızı universitet rəhbərliyi adından təbrik edirəm, sizi elmin inkişafında səylərinizi əsirgəməməyə çağırıram və bu sahədə sizə uğurlar arzu edirəm”, - deyə S.Həsənov bildirib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının əməkdaşı, akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyi qarşısında duran məsələlər, gələcək planlar və tərtib olunan lüğətlər haqqında məlumat verib.
Professor Fəxrəddin Veysəlli isə dil mənbələrinə münasibət, Azərbaycan elminin dünya miqyasında tanıdılması, plagiat hallarının qarşısının alınması, nəzəri işləmələrin elmdəki yerindən bəhs edib.
Universitetin regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov elmin inkişaf mərhələlərindən söz açıb.
Elmin hazırkı vəziyyəti və bu sahədəki perspektivlərdən danışan elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, professor Həbib Zərbəliyev universitetin elmi fəaliyyəti haqqında məlumat verib.
Tədbir müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunubAzərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunubAzərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunubAzərbaycan Dillər Universitetində “Elm günü” qeyd olunub


Oxşar xəbərlər