Qadın alimlər Azərbaycanda coğrafiya elminin inkişafına böyük töhfə veriblər

Qadın alimlər Azərbaycanda coğrafiya elminin inkişafına böyük töhfə veriblər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanda coğrafiya elminin inkişafında qadın coğrafiyaçı alimlərin rolu” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Qadınlar Şurasının sədri Luiza Salayeva dövlətimizin başçısının martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi haqqında imzaladığı Sərəncamı xatırladıb. O qeyd edib ki, elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir.
Qadınlar Şurasının büro üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Stara Tarixazər məruzəsində tədqiqatçı qadın alimlərin adlarını sadalayaraq onların coğrafiya elminin inkişafındakı rolundan, elmə verdikləri töhfələrdən, qazandıqları nailiyyətlərdən, böyük zəhmət hesabına ərsəyə gətirərək nəşr etdirdikləri əsərlərdən, kitablardan bəhs edib, coğrafiyaçı qadın alimlərin fəaliyyətini yüksək dəyərləndirib.
Coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilov mövzunun kitabça halında işlənərək nəşr olunması təklifini irəli sürüb.
Tədbir qadın coğrafiyaçı alimlərin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər