“Elm günü” Azərbaycan Universitetində də qeyd edilib

“Elm günü” Azərbaycan Universitetində də qeyd edilib Martın 27-də Azərbaycan Universitetində “Elm günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Qloballaşma, ekologiyada baş verən dəyişikliklər və texnologiyaların inkişafının iqtisad elminin qarşısında qoyduğu problemlər” mövzusunda məruzə ilə çıxış edib.
Tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə martın 27-sinin “Elm günü” kimi təsis olunmasının Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına olan diqqətinin göstəricisi olduğunu bildirib. Y.Qasımov bu mühüm sənədin elmi müəssisə və təşkilatlar, ali məktəblər qarşısında çox mühüm vəzifələr qoyduğunu qeyd edib.
Professor Akif Musayev məruzəsində müasir dövrdə iqtisad elminin qarşısında duran problemlərə diqqət çəkib, gizli iqtisadiyyat, maliyyə sektorunun real sektorla müqayisədə xüsusi çəkisinin daha böyük olması, xidmətin xüsusi çəkisinin maddi istehsalla müqayisədə çox böyük olması, əməkhaqqı bölgüsündə anormallıq, rəqəmsal iqtisadiyyatın nəticələrinin qiymətləndirilməsi, kriptovalyutanın və bitkoinin yayılması və bu kimi məqamlara toxunub.
Alim iqtisad elminin, araşdırmaçıların əsas diqqətinin yönəldilməli olduğu sahələr və məsələlər haqqında məlumat verib, iqtisadi siyasət institutlarının qarşısında duran ciddi problemlərə diqqət çəkib.
Məruzənin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


“Elm günü” Azərbaycan Universitetində də qeyd edilib“Elm günü” Azərbaycan Universitetində də qeyd edilib“Elm günü” Azərbaycan Universitetində də qeyd edilib“Elm günü” Azərbaycan Universitetində də qeyd edilib

Oxşar xəbərlər