Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 69,46 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,08 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,68 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər