REKTOR XÜSUSİ YAY OLİMPİYA OYUNLARININ QALİBİNİ TƏBRİK EDİB

REKTOR XÜSUSİ YAY OLİMPİYA OYUNLARININ QALİBİNİ TƏBRİK EDİB Aprelin 4-də Gəncə Dövlət Universitetində keçirilən Elmi Şurada rektor, professor Yusif Yusibov Xarici dillər fakültəsinin 2-ci kurs tələbəsi, Ümumdünya Xüsusi Yay Olimpiya oyunların qalibi Aytac Səmədovanı təbrik edib.
Son illərdə universitetinin elm və təhsillə yanaşı idman sahəsində də böyük uğurlar qazandığını deyən rektor nailiyyətlərə görə gənclərin fəaliyyətini yüksək qiymətləndirib.
Bildirilib ki, hazırda Gəncə Dövlət Universitetində bir çox beynəlxalq yarışların qalibi olmuş tələbələr təhsil alırlar. Gənclərin təhsili dövründə daha uğurlu nəticələr göstərməsi üçün universitet tərəfindən onlara hər cür şərait yaradılıır.
İndi Azərbaycanda idmanın gənclər arasında hərəkata çevrildiyini deyən rektor idmanın bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə Ölkə Başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Məlumat verilib ki, Alman dili ixtisasının 2-ci kurs tələbəsi olan Aytac Səmədova martın 7-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı ABU-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya oyunlarında iştirak edib.
Milli komandamızın tərkibində ölkəmizi paorlifting idman növü üzrə təmsil edən Aytac Səmədova yığmamıza ilk olaraq biri qızıl olmaqla 4 medal qazandırıb.
Respublikanın Əməkdar məşqçisi Natiq Əliyevin yetirməsi olan Aytac Səmədova bu mötəbər oyunlarda iştirak edərək ayaq üstə ağırlığı yenidən qaldırmada qızıl medal, ağırlığı çiyinə alaraq oturub-duramada gümüş medal, uzanaraq ağırlığı sinəyə almaqda bürünc medal, üç hərəkətin cəminə görə yenə gümüş medal qazanıb.
Rektor fəxri fərmanı və pul mükafatını idmançıya təqdim edib.

GDU-nun Mətbuat Xidməti


REKTOR XÜSUSİ YAY OLİMPİYA OYUNLARININ QALİBİNİ TƏBRİK EDİB

REKTOR XÜSUSİ YAY OLİMPİYA OYUNLARININ QALİBİNİ TƏBRİK EDİBREKTOR XÜSUSİ YAY OLİMPİYA OYUNLARININ QALİBİNİ TƏBRİK EDİBREKTOR XÜSUSİ YAY OLİMPİYA OYUNLARININ QALİBİNİ TƏBRİK EDİB


Oxşar xəbərlər