Rumıniyanın Transilvaniya Brasov Universitetinin professoru Ana-Maria Bolborici Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) və “SABAH” qrupunun tələbələrinə mühazirə deyib.
Rumın professor tələbələrə “Siyasi güc. Gücü fərdiləşdirmək: Rumıniya - 1989-cu il inqilabından əvvəl və sonrakı dövrün müqayisəsi” mövzusunda mühazirə oxuyub. Səfər çərçivəsində A.Bolborici tələbələrə təmsil etdiyi universitet haqqında geniş təqdimat keçirib, onları “Erasmus+” proqramı və mübadilə imkanları barədə də məlumatlandırıb.
Qeyd edək ki, UNEC və Transilvaniya Brasov Universiteti arasında birgə elmi tədqiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsi istiqamətində “Erasmus+” proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC-in müəllimləri də Transilvaniya Brasov Universitetində mühazirə deyəcəklər. Hazırda UNEC-in bir tələbəsi Transilvaniya Brasov Universitetində mübadilə proqramı çərçivəsində təhsilini davam etdirir.
UNEC-in Mətbuat Xidməti