Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən “Neft və qazın idarəedilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı davam edir.
Proqrama əsasən, Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) müəllimi Fəxri Məmmədov “Strateji idarəetmə, neft, qaz və daşınma sahəsində investisiyalar” fənnini müvəffəqiyyətlə tədris edib.
Magistrlər neft və qaz sahəsində idarəetmə, region üçün böyük əhəmiyyət daşıyan TAP və TANAP layihələri, eyni zamanda, Azərbaycanın neft sənayesi haqqında məlumatlar əldə ediblər.
UNEC və Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanmış beynəlxalq akademik əməkdaşlıq memorandumuna əsasən, hər iki təhsil müəssisəsi arasında akademik heyətin mübadiləsi, elmi tədqiqatların aparılması və təhsilin digər istiqamətlərində əməkdaşlığın davam etdirilməsi gələcəkdə də həyata keçiriləcək.

UNEC-in Mətbuat Xidməti