UNEC Pan Avropa Universiteti ilə birgə elmi tədqiqatlar aparacaq

UNEC Pan Avropa Universiteti ilə birgə elmi tədqiqatlar aparacaq Slovakiyanın Pan Avropa Universitetinin professoru Antonin Koraus “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Beş gün davam edən səfər çərçivəsində professor Beynəlxalq İqtisadiyyat Məktəbi və “SABAH” qruplarında “Maliyyə sektorunda təhlükəsizlik və saxtakarlıq” və “V4-də (Visegrad Group- Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) maliyyə strategiyası və marketinq” mövzularında mühazirə oxuyub. Professor çıxışında beynəlxalq bankçılığın müqayisəli perspektivinə və ikitərəfli müxtəlif konsepsiyasına xüsusi diqqət ayırıb.
A.Koraus UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımovla görüşündə birgə layihə və proqramların hazırlanmasına, elmi tədqiqatların işlənilməsinə dair müzakirələr aparıb. UNEC-in infrastruktur və tədris prosesinin təşkili ilə tanış olan qonaq birgə əməkdaşlıq üçün bir çox inkişaf perspektivlərinin olduğunu qeyd edib.

UNEC-in Mətbuat Xidməti


UNEC Pan Avropa Universiteti ilə birgə elmi tədqiqatlar aparacaq


Oxşar xəbərlər