Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Kamilə Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbin qonağı olublar.
Deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti ilə, yaradılan mənəvi-psixoloji mühitlə tanış olub, sinif otaqlarını gəzib, müxtəlif yaş qrupundan olan şagirdlərlə fikir mübadiləsi aparıblar. Onlar müəllim-şagird münasibətləri, tədrisin keyfiyyəti, şagirdlərə göstərilən psixoloji xidmət, tədris kurrikulumlarının müasir tələblərə uyğunluğu haqqında şagirdlərin fikirlərini öyrəniblər.
Sonra məktəbin Heydər Əliyev Muzeyi zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masada məktəblilərlə səmimi fikir mübadiləsi aparılıb. Xüsusilə son dövrdə narahatlıq doğuran bəzi xoşagəlməz hadisələrin obyektiv və subyektiv səbəbləri, problemin həlli imkanları müzakirə edilib. Deputatlar şagirdlərin dərsləri və məktəbdənkənar vaxtlarının necə təşkil olunması ilə maraqlanıblar.
Məktəbin direktoru Ceyran Kuliyeva son illərdə Təhsil Nazirliyi tərəfindən bu sahəyə xüsusi önəm verilməsindən, müxtəlif tədbirlərin, müsabiqə və yarışların, eyni zamanda, yüksək səviyyəli “Oxu günləri”nin təşkili barədə məlumat verib. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həm məktəbin, həm də uşaqların öz təşəbbüsləri ilə keçirilən tədbirlər barədə danışılıb.
Deputatlar şagirdlərə sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələri, cəmiyyətdə baş verən hadisələrə düzgün və düşünülmüş münasibət bildirmək bacarığına yiyələnmələri ilə bağlı tövsiyələr veriblər. Onlar məktəblilərin ölkəmizdəki təhsil sistemi, gənclər siyasəti, sağlam həyat tərzinin təşkili və idmanla məşğul olan gənclərin dəstəklənməsi imkanları barədə suallarını cavablandırıblar.
Milli Məclisin deputatları məktəbin psixoloqu, direktor müavinləri və müəllimləri ilə görüşüb, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin təşkili səviyyəsi ilə maraqlanıblar.
Tehsil-press.az