Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda Muxtar Respublikanın Təhsil Nazirliyi ilə birgə “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, təhsil şöbələrinin müdirləri, məktəb psixoloqları, institutun psixoloq müəllimləri, metodistləri, magistr və tələbələri iştirak ediblər.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məktəbdə psixoloqun işinin əhəmiyyətindən və işin səmərəliliyini artırmaq üçün bu tip konfransların, ixtisasartırma və təkmilləşdirmə kurslarının faydasından danışıb, həm konfransın, həmdə bir həftəlik (30 saatlıq) təlim kursunun işinə uğurlar arzulayıblar.
Konfransda “Psixoloji xidmət məsələləri və müasir məktəb”, “Təhsil müəssisələrində psixodiaqnostika və korreksiya işlərinin səmərəliliyinin artırılması”, “Psixoprofilaktik işlərin təşkili zamanı nəzərə alınması zəruri olan müasir tələblər və psixoloji məsələlər”, “Məktəb psixoloqunun müəllimlər və valideynlər arasında apardığı psixoloji maarifləndirmə və psixoloji konsultasiya işinin əhəmiyyəti”, “Məktəb psixoloqunun əsas vəzifələri”, “Məktəb psixoloqu necə olmalıdır?” mövzularında çıxışlar olub.
Qeyd olunub ki, respublikamızda təhsil sahəsində aparılan islahatlar, cəmiyyətdə baş verən dəyişmələr, texnologiyanın sürətli inkişafı psixoloji xidmət sahəsində işin səmərəliliyinin artırılmasını zəruri edir. Bu məqsədlə dünya təcrübəsinin öyrənilməsi, qazanılmış təcrübənin ümumiləşdirilməsi, praktik psixoloqların elmi-metodiki biliklərinin yüksəldilməsi üçün kursların, elmi-praktik konfransların, seminarların, “dəyirmi masa”ların təşkilinin zəruruliyi vurğulanıb.
Sonda konfrans iştirakçıları institutun psixologiya laboratoriyası və psixologiya kabineti, həmçinin bir həftəlik təlim kursunun tematik planı ilə tanış olublar.
NDU-nun Mətbuat Xidməti