“Sağlam təhsil” siniflərində təhsil alan şagirdlərlə uşaq yazıçısı Mehriban Nağıyevanın görüşü keçirilib.
Paytaxtdakı 275 nömrəli tam orta məktəbdə keçirilən görüşün əsas məqsədi uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olub.
Tədbirdə Təhsil Nazirliyi və BŞTİ-nin nümayəndələri, məktəbin pedaqoji kollektivi, “Sağlam təhsil” siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Məktəbin direktoru Fəridə Şərifova ümumtəhsil müəssisələrində yazıçılarla şagirdlər arasında görüşlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib.
Sonra 3b sinfinin şagirdləri tərəfindən yazıçının “Paxıl toyuq”, “Lovğa tülkü”, “Əsmərin sehrli zənbili” hekayələri əsasında hazırladıqları tamaşalar nümayiş olunub.
M.Nağıyeva görüşün keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Yazıçı uşaqların cəmiyyətə daha fəal inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili və mütaliəyə maraqlarının artırılması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Sonda şagirdləri maraqlandıran sualları cavablandıran M.Nağıyeva onlara kitablarını hədiyyə edib.

BŞTİ-nin Mətbuat Xidməti