Portuqaliya təhsilin təkmilləşdirilməsi və innovasiya Pedaqogikası sahəsində dünyada liderdir. Bu, yeni Finlandiyadır.
Portuqaliyanın təhsil naziri, ölkə tarixində ən gənc nazir, ixtisasca biokimyaçı olan Tyaqo Brandao Rodriges bu fikri ispaniyalı jurnalistlərlə söhbətində söyləyib.
Nazir qeyd edib ki, bu gün dünya mətbuatı Portuqaliyanı “Təhsil sahəsində parlayan ulduz” kimi təsvir edir. Bu ölkə məktəblərə muxtariyyət hüquqları verilməsi, pedaqoji innovasiyalar, dərsliklərin pulsuz paylanması, müəllimlərin intensiv hazırlığı ilə fərqlənir. Avropa İttifaqı ölkələrində təhsilə ayrılan vəsait orta hesabla ÜDM-in 4,7 faizinə bərabər olduğu halda, Portuqaliyada bu göstərici 5,1 faizdir.
1-4-cü sinif şagirdləri hər gün iki saat sinifdənkənar könüllü məşğələlərdən pulsuz istifadə edirlər. Depressiv rayonlarda yaşayan uşaqlar üçün məktəblərdəki 130 qrupa əlavə resurslar ayrılıb.
Portuqaliyanın milli təhsil proqramı çərçivəsində məktəblərə tədris proqramının 25 faizini öz strategiyasına uyğun olaraq müəyyən etmək hüququ verilib. Adətən belə məktəblərdə coğrafiya və tarix, yaxud riyaziyyat və fizika fənləri birləşdirilir, eksperimental illik iş layihələri hazırlanır. Universitetlərin ekspertləri və inspektorları məktəblərdə olur, pedaqoji prosesə kömək məqsədilə bir növ audit xidməti göstərirlər. Portuqaliyada tədris planı ən yaxşı dünya praktikasına uyğundur.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların adi məktəblərə cəlb edilməsi sahəsində də irəliləyiş var. Portuqaliyada bu proses digər Avropa ölkələrindən daha əvvəl – 1992-ci ildə başlanıb. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin 97,5 faizi artıq adi məktəblərdə oxuyur.

Nigar Cəfərli