Layihə müəllimlərin tədris imkanlarının və pedaqoji resursların təkmilləşdirilməsinə xidmət edir
Yanvarın 31-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı olub.
Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, təhsil, səhiyyə, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, İctimai Birliyin təhsil sahəsində həyata keçirdiyi növbəti layihə ölkəmizdə inklüziv təhsilin inkişafına, qeyd olunan sahədə müəllimlərin tədris imkanlarının və pedaqoji resursların təkmilləşdirilməsinə xidmət edən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsidir.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Strategiyanın 5 illik icra müddətində şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, müasir idarəetmə sisteminin formalaşdırılması, təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsi istiqamətlərinin hər biri üzrə müsbət nəticələr əldə olunub. Dövlət Strategiyasında və müvafiq Tədbirlər Planında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.
Nazir müavini Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq bir sıra təşəbbüslərin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası müddətində 15 ümumtəhsil məktəbi və 13 məktəbəqədər təhsil müəssisəsində 268 əlil uşaq inklüziv təhsilə cəlb edilib. Layihələrin müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə cəlb olunmuş digər şagirdlər müəssisələrdə bu gün də təhsillərini davam etdirirlər.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsil üzrə layihələr barədə fikirlərini bildirib, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximizin, mədəni irsimizin beynəlxalq aləmdə təbliğinə böyük əhəmiyyət verdiyini qeyd edən Soltan Məmmədov ölkəmizdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yüzlərlə yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıb. Bildirilib ki, Heydər Əliyev Fondu fiziki qüsurlu uşaqların və gənclərin həm səhiyyə, həm də təhsil probleminə xüsusi diqqət yetirir. Fondun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Fondun “Regional İnkişaf” İctimai Birliyinin və Avropa İttifaqının dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiq olunacaq yeni layihə isə ölkədə sağlamlıq imkanları məhdud insanların, xüsusilə də əlil uşaqların ümumi təhsilə əlçatarlığını, hər bir insanın ölkədəki təhsil sahəsinin inkişafından yararlanmasını və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyasını təmin edəcək.
Daha sonra layihə rəhbəri Leyla Tağıyevanın təqdimatı dinlənilib. Məlumat verilib ki, icrasına 2018-ci ilin mayından başlanan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi 2020-ci ilin sentyabr ayınadək davam edəcək. Bununla bağlı Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında müəllimlərin inklüziv təhsil sahəsində tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində fəaliyyət 4 istiqamət - inklüziv təhsil üzrə tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllim və yardımçı heyətin bacarıqlarının artırılması, onlar üçün resursların yaradılması, inklüziv təhsil üzrə siyasətin təkmilləşdirilməsi və ictimai maarifləndirmə tədbirlərinin təşkili üzrə aparılır. Bu günədək Bakı şəhəri, Ağcabədi, Cəlilabad, Şamaxı, Şəki və Quba rayonlarında ehtiyacların qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılıb. Eləcə də beynəlxalq ekspertlər layihə ilə bağlı yaradılmış işçi qrupa müəllimlərin inklüziv təhsil sahəsində inkişaf strategiyasını təqdim ediblər. İnklüziv təhsil üzrə təlim proqramları hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub, müəllim və yardımçı mütəxəssislərin inklüziv təhsil üzrə resurslara çıxışını təmin etmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında İnklüziv Təhsil Mərkəzləri yaradılıb. Bununla yanaşı, bir qrup təhsil işçisi inklüziv təhsil sahəsində digər ölkələrin nümunəvi təcrübəsinin öyrənilməsinə cəlb olunacaq.
Tədbirdə “Fərqliyik, bərabərik” adlı videoçarx nümayiş etdirilib.
Sonda “İnklüziv təhsilin əhəmiyyəti” mövzusunda sağlamlıq imkanları məhdud gənclərin motivasiya çıxışları olub.
Tehsil-press.az