“Təhsilin inkişaf prioritetlərini və fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası çərçivəsində həyata keçirilən bütün islahatların mərkəzində məhz tələbələr dayanıb. Səriştəyə əsaslanan təhsil modelinin qurulması yolu ilə təhsilalanların əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə xüsusi diqqət yetirilib”.
Bunu Azərbaycan tələbələrinin II qurultayında təhsil naziri Ceyhun Bayramov birinci qurultaydan keçən zaman ərzində həyata keçirilən işlərdən danışarkən deyib: “Sevindirici haldır ki, tələbələrin I qurultayından ötən dövr ərzində ölkəmizdə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib, yeni strategiya və konsepsiyalar qəbul edilib. Son illərdə təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurla həyata keçirilməsi nəticəsində təhsilin məzmunu, kadr hazırlığı, idarəetmə sistemi, maliyyələşmə və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətlərində əhəmiyyətli nailiyyətlər əldə olunub”.
Qlobal, regional və yerli əmək bazarının müasir tələblərinə cavab verən mütəxəssis hazırlığının təmin edilməsində ali təhsilin xüsusi rolunu qeyd edən nazir ötən dövrdə ali təhsil sisteminin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi sahəsində əldə edilən təqdirəlayiq nəticələrdən danışıb. Onun sözlərinə görə, yeni inkişaf trendləri əsas götürülərək universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb. Ölkəmiz Avropa ali təhsil məkanının bərabərhüquqlu üzvünə çevrilib və ali təhsil müəssisələri Boloniya prosesinin tələblərinə uyğunlaşdırılıb. Nazir deyib ki, həssas sosial qruplardan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə prezident təqaüdünün verilməsi, gənclər üçün prezident mükafatının təsis edilməsi hər bir gəncin təhsil ala bilməsi konseptinin reallaşmasına şərait yaradıb. Tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması məqsədi ilə 2006-cı ildən başlayaraq dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, tələbələrə akademik göstəricilərinə görə təqaüd verilir. Bununla da ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd almaq imkanı əldə edirlər.
2015-ci ildən ölkəmizdəki aparıcı ali təhsil müəsisələrinin təsis etdiyi “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyətinə də diqqət çəkən C.Bayramov əsas missiyası aztəminatlı ailələdən olan tələbələrə güzəştli kreditlərin verilməsi ilə bütün tələbələrə bərabər imkanların yaradılması olan Fondun təcrübəsi və əldə olunan nailiyyətlərin bu sahədə daha sistemli tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını deyib: “Artıq tələbələr üçün təhsil krediti ilə bağlı qanun qəbul edilməsi istiqamətində aidiyyatı qurumlarla birlikdə işə başlanıb”.
Ölkə Prezidentinin Fərmanına əsasən Gənclər Fondu tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsinə başlanılmasını xüsusi vurğulayan nazir Ceyhun Bayramov 237 tələbənin bu imkandan faydalandığını bildirib.

Ruhiyyə Daşsalahlı