Bakı Ali Neft Məktəbi ilə BP, TwentyEighty Strategy Execution şirkəti (Böyük Britaniya) and Corc Vaşinqton Universitetinin (ABŞ) birgə layihəsi olan “Layihələrin İdarə edilməsi Məktəbi”ndə (SPM-School of Project Management) təlim görəcək M6 qrupunun açılışı olub.
Yeni iştirakçılarla görüş zamanı çıxış edən BANM-nin rektoru Elmar Qasımov bildirib ki, bu artıq universitetin nəzdində SPM-də təlim görmüş səkkizinci, layihələrin idarə edilməsi üzrə yüksək bilik və bacarığa sahib olan azərbaycanlı müəllimlər tərəfindən həyata keçirilən 6-ci qrupdur. O, həmçinin hər bir iştirakçıya təlimin uğurlu keçməsini və müasir menecerə lazım olan bütün bilik və bacarıqlara yiyələnməyi arzu edib.
M6 qrupunun iştirakçıları milli və beynəlxalq iri şirkət və təşkilatların aparıcı mütəxəssisləri, menecerləri və digər heyət üzvlərindən ibarətdir. Bunların arasında BP, SOCAR, R.I.S.K. Şirkəti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, STAR Beton İstehsalı MMC, “Cənub Qaz Dəhlizi” QSC, Azərbaycan Dəmiryolları QSC, Heydər Əliyev Bakı Neft Emalı Zavodu, Azərikimya İB və AS Group Investment kimi şirkətlərin nümayəndələri daxildir.
Layihə İdarəetmə Məktəbinin təlim kursu interaktiv, müasir tədris metodikasına əsaslanır ki, bu da öz növbəsində iştirakçıları layihələrin hər bir mərhələsini idarə etmək üçün lazımi təcrübə, üsul və vasitələrlə təmin edir. Bu layihənin əsas məqsədi layihələrin idarə edilməsi sahəsində beynəlxalq standartlar əsasında təlim görmüş milli mütəxəssislərə olan tələbatı ödəməkdir. Təlim proqramı 7 moduldan ibarətdir. Bunlar – “Layihələrin idarə edilməsi”, “Layihəyə rəhbərlik, menecment və kommunikasiya”, “Risklərin idarə edilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Layihə menecerləri üçün Keyfiyyət”, “Layihə İdarəçiliyinin tətbiqi mexanizmləri”, “Layihə menecerləri üçün danışıq aparma bacarıqları” və “PMP imtahanına hazırlıq” modullarıdır. Proqramı müvəffəqiyyətlə bitirən SPM məzunları Corc Vaşinqton Universitetinin Magistr sertifikatını alırlar.
BANM-nin Mətbuat Xidməti