Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə yaradılan Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılışı olub.
Açılış mərasimində rektor Elmar Qasımov “M3” qrupunun Layihə İdarəetmə Məktəbinin artıq beşinci uğurlu qrup olduğunu söyləyib. Rektor bildirib ki, ötən ay SPM-in ilk iki qrupunun təntənəli “Məzun günü” keçirilib, proqramı uğurla bitirən iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib. “Əminəm ki, burada vaxtın və risklərin idarə olunması, danışıqların aparılması, liderlik və s. modullar üzrə əldə etdiyiniz biliklər bir menecer kimi sizə həm işinizdə, həm də şəxsi həyatınızda kömək olacaq”, - deyə Elmar Qasımov bildirib.
Daha sonra ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.
Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.
Layihə İdarəetmə Məktəbinin 26 nəfərdən ibarət olan “M3” qrupunun iştirakçıları sırasına SOCAR, BP, “Azəriqaz”, “Azərsu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, AzərTürk Bank və SOCAR AQŞ kimi şirkətlərin əməkdaşları daxildir.
Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM layihə həcminin, vaxtın, keyfiyyətin, büdcənin, əmək resurslarının və riskin idarə olunması, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modullarından ibarətdir.
Hüseyn Şərifov