Bakı Ali Neft Məktəbində "School of Project Management"in yeni qrupunun açılışı olub

Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-in Corc Vaşinqton universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata Tədbirdə keçirilən Layihələri İdarəetmə Məktəbi növbəti – “Stream 18” qrupunun təqdimat mərasimi keçirilib.
dbirə BANM-in rektoru Elmar Qasımov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin I müavini Teyyub Cabbarov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” ASC-nin Aparat rəhbəri Möhsün Quliyev və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıb.
Açılışı BANM-in rektoru Elmar Qasımov açaraq, gələn qonaqları və yeni qrupun iştirakçılarını salamlayıb, Ali Məktəbin və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. Rektor qonaqları təqdim edərək BANM-in təşkilatçılığı ilə həyata keçirilən bu proqrama verdikləri önəm və dəyər üçün onlara təşəkkür edib.
Tədbirdə qonaq qismində çıxış edən Teyyub Cabbarov, Bəxtiyar Aslanbəyli və Asif Şəfəqqətov Layihələri İdarəetmə Məktəbinin bu sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzu ediblər.
Görüşün sonuna yaxın isə “Stream 18” qrupunun iştirakçıları özlərini təqdim edərək, təmsil etdikləri şirkət və həmin şirkətdə rolları haqda məlumat veriblər. Proqramda SOCAR Baş ofis, Azərsu, BP, CBMC, CNFA, Ernst&Young, Neftqaztikinti, Azərkimya, Azneft İB, Worley Parsons kimi şirkətlərin əməkdaşları iştirak edir.
Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqda düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. Burada proqramın iştirakçıları Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramını keçir və proqramı uğurla başa vuranlar həmin universitetinin Magistr Sertifikatı ilə təltif edilir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər