Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M5” qrupuna 15 müəssisə və şirkətdən 26 iştirakçı qatılıb.
SOCAR, “Azərkimya” İB, SOCAR “Petkim”, BP, “Bank Respublika”, “TP Engineering”, “Gilan Construction Group” MMC, “DeGolyer and MacNaughton Corporation” və s. kimi şirkət və müəssisələrdən olan rəhbər şəxslər və məsul əməkdaşlar qrupun iştirakçıları arasında olublar.
“M5” qrupunun açılışında BANM-in rektoru Elmar Qasımov bildirib ki, Layihə İdarəetmə Məktəbini bitirmiş məzunların çoxu karyeralarında ciddi irəliləyişlər əldə ediblər. E.Qasımov bu layihənin müxtəlif sahələrdə çalışan insanların menecerlik qabiliyyətinin inkişaf etdirilməsində böyük rolu olduğunu deyib.
Qeyd edək ki, SPM layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər.

BANM-in Mətbuat Xidməti