Milli Məclisin bu gün keçirilən iclasında qaz və işıqla bağlı limitin artırılması təklif olunub.
Bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər: “Mən təklif edirəm ki, bu limitlər ən azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız”.
Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının təkliflərini dəstəkləyib.
T. Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib.

Günel Türksoy