Azərbaycanda müxalifət adı ilə özünü göstərən bir neçə nəfər referenduma etiraz etmələrinin səbəblərini bilmirlər. Bunu Tehsil-press.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili deyib ki, həmin şəxslər etiraz etməklə özlərini müəyyən dairələrə göstərmək istəyirlər: "Onların bu hərəkətləri əvvəllər olduğu kimi, bu dəfə də gözlənilən idi. Çünki Azərbaycanda həmişə seçki öncəsi, referendum ərəfəsində bunlar belə hərəkətlər etməklə öz varlıqlarını onları maliyyələşdirən müəyyən təşkilatlara göstərmək istəyirlər. Yəni, onlar sübut etmək istəyirlər ki, biz də varıq, yaşayırıq. Onlar bu hərəkətləri ilə maliyyələşdikləri təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirmək istəyirlər. Biz bu addımı çoxdan gözləyirdik. Həmişə seçkiöncəsi bu qruplaşmalar müəyyən bəyanatlarla çıxış edib, özlərini göstərirlər. Bu dəfə də eyni yanaşma ilə mitinq keçirmək üçün çağırışlar etdilər. Həmişə olduğu kimi bu dəfə də onların çağırışları iflasa uğradı, xalq onların çağırışına cavab vermədi. Bunlar özləri də etiraf edirlər ki, yoxdular, xalq tərəfindən qəbul olunmurlar".
Millət vəkili bildirir ki, normal müxalifətin etirazı əsaslı olmalıdır: "Bunlarda əsas yoxdur. Onlar bilmirlər nəyə etiraz edirlər. Referendumla konstitusiyaya ediləcək dəyişikliklər dövlətin və dövlətçiliyin inkişafına yönələn addımlardır. Həmin dəyişikliklərdə müxalifətin dəfələrlə səsləndirdikləri məsələlər də var. Məsələn, müxalifət həmişə iddia edib ki, gənclərin ölkənin ictimai-siyasi həyatında rolu artırılsın, onların inkişafına şərait yaradılsın. Referendumda da ilk öncə buna şərait yaradılıb, gənclərin seçkilərdə iştiraklarına, seçilməsinə şərait yaradılır. Burada qeyri-adi heç nə yoxdur. Digər məsələ, referendumda təklif olunur ki, ordu quruculuğu gücləndirilsin, bələdiyyələrin səlahiyyətləri artırılsın. Müxalifət özü bunları tələb edib. İndi niyə etiraz edirlər? Əgər dövlət strukturları gücləndirilirsə, insanların məsuliyyəti artırılırsa, vətəndaşlara hüquq və azadlıqlar verilirsə, bunun nəyi pisdir? Müxalifət nə istəyir?"
T.Rzayev bildirib ki, Azərbaycanda referendumun keçirilməsi humanist və tam demokratik bir addımdır: "Ona görə də müxalifətin belə bir addıma etiraz etməsi ağılsızlıqdır".
Tehsil-press.az