“Deputatların maaşlarının artırılmasına bəlkə də ehtiyac yoxdur. Çünki bu məsələ gündəmə gələn kimi, ajiotaja səbəb olur. Amma müavinətlərin artırılması yaxşı olardı”.
Bunu deputat Tahir Kərimli “Milli Məclisin xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O həmçinin qeyd edib ki, parlamentin işçilərinin bir çoxu hələ də evsizdir, onların mənzillərə ehtiyacları var: “ Zaman-zaman bu istiqamətdə addımlar atılır. Ona görə yaxşı olardı ki, Milli Məclisin əməkdaşlarının mənzilə olan ehtiyaclarının və poblemlərinin həlli üçün yeni addım atılsın, onlar üçün bina tikilsin”.
T. Kərimli eyni zamanda bildirib ki, parlamentin telekanalının yaradılmasına ciddi ehtiyac var: “Neçə illərdir ki, bu məsələ gündəmdədir, ona görə bu məsələ öz həllini tapmalıdır. AzTV-də də bizi yaxşı işıqlandırmırlar. Hansı ki, bizim vergilərimiz hesabına maliyyələşir. Bəzən fikirlərimiz təhrif olunur. Bu, mənim də tez-tez başıma gəlir, elə himn məsələsində olduğu kimi. Televiziyamız olsa, millət həqiqətin nə yerdə və necə olduğunu bilər”.
Tehsil-press.az