Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb

Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb "SmartGate" avtomatik pasport yoxlama sisteminin nasazlığı bir sıra Avstraliya beynəlxalq hava limanlarında reyslərin gecikməsinə səbəb olub.
Bu barədə ölkənin SBS telekanalı xəbər verir.
Avstraliyanın sərhəd xidmətinin açıqlamasında deyilir: "Xidmət zabitləri beynəlxalq terminallarda sərnişinlərin pasportlarını yoxlama sistemində kompüter səhvini aradan qaldırmaq üçün çalışırlar. Reyslərin gecikməsini minimuma endirmək üçün əlavə əməkdaşlarımız göndərilib".
Telekanalın ələdə məlumatında əsasən, pasport yoxlama sistemində ciddi pozuntular Sidney, Brisben və Melburn hava limanlarına təsir göstərib, burada uçuşların gecikmə müddəti 90 dəqiqədən çox təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər