Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunan sərgi açılıb

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunan sərgi açılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunan sərgi açılıb.
Sərgidəki kitablar haqqında kitabxananın elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq-alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.
Sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları və onun haqqında yazılmış biblioqrafiya nümayiş olunur. Bundan əlavə, sərgidə ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri tədbirlərin və onların səfərlərinin də fotolarının yer aldığı toplu nümayiş etdirilir.
Sərgi iki həftə davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər