Bakı Mühəndislik Universitetində görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və eləcə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Nübar Haşımova və Azərbaycan Respublikası Qadınlar Şurasının sədri Bahar Qasımova iştirak edib.
Tədbirdə ilk öncə Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından onun həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Akademik Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Nübar Haşımova çıxışında onu şəxsən tanıdığını və Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Bildirib ki, Zərifə xanım ölkəmizdə oftalmologiyanın, xüsusən gözdə əmələ gələ biləcək peşə xəstəliklərinin müalicəsinə dair bir çox sanballı tədqiqatların və elmi əsərlərin müəllifidir. Məhz onun tədqiqatlarının nəticəsidir ki, ölkədə oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullar və texnologiyalardan tətbiq olunur.
Azərbaycan Respublikası Qadınlar Şurasının sədri Bahar Qasımova Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ilə yanaşı xeyirxahlıq fəaliyyətindən danışıb. Qeyd edib ki, Zərifə xanım xanımlar üçün nümunədir. Bahar Qasımova rəhbərlik etdiyi qurumun Zərifə xanım Əliyevanın 95 illik yubileyi münasibətilə keçirdiyi tədbirlər barədə də məlumat verdi.
Sonda tədbirin təşkilatçısı olan Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül yeni yaradılan şuranın ilk təbirləri olduğunu bildirdi. Qeyd etdi ki, universitetdə işləyən və oxuyan xanımlar elmi və ictimai fəaliyyətlərində Akademik Zərifə Əliyevanı örnək alaraq ölkəmizin inkişafına töhvə verəcəklər

BMU-nun Mətbuat Xidməti