Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə sərgi açılıb.
Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz”, “Milli birlik”, “Dövlət bayrağına münasibət qaydası”, “Milli-mənəvi dəyərimiz”, “Fəthin yolu”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” və digər kitablar nümayiş olunur.
Sərgidəki kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq MRY bazasında yerləşdirilib. Sərgi noyabrın 16-dək davam edəcək.
Qeyd edək ki, MEK hər zaman ölkəmiz üçün əlamətdar günləri, tarixi şəxsiyyətlərin yubileylərini diqqətdə saxlayır, bu istiqamətdə sərgi və tədbirlər keçirir.
Tehsil-press.az