MEK-də Xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunmuş sərgi təşkil edilib

MEK-də Xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunmuş sərgi təşkil edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib.
Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri - “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım, illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, dünya mənim”, “Ocaq başında”, o cümlədən şairə həsr olunmuş “Məmməd Araz dünyası” (Vaqif Yusifli), “Məmməd Araz”, “Xalq şairi Məmməd Araz” (İsa Həbibbəyli), “Məmməd Araz” (Eyvaz Eminalıyev), “Bu da belə bir ömürdü...” və digər kitablar nümayiş olunur.
Sərgidə nümayiş olunan kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsi çərçivəsində MEK-in elektron kataloqunda yerləşdirilib.
Sərgi oktyabr ayının 20-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər