M.Ə.Rəsulzadənin 135 illiyi ilə əlaqədar açılan sərgidə onun əsərləri və haqqında yazılmış kitablar nümayiş olunur
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib. Sərgidə M.Ə.Rəsulzadənin özünün müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında M.Rəsulzadənin əsərlərindən olan “Məktublar, şəfiçilik”, “Azərbaycan şairi Nizami”, “Qafqaz türkləri”, “Çağımızın Səyavuşu”, “Milli Birlik”, “Panturanizm. Qafqaz sorunu”, eləcə də ona həsr olunmuş “M.Ə.Rəsulzadə”, “Cümhuriyyət qurucuları” (Nəsiman Yaqublu), “M.Ə.Rəsulzadə və ana dilimiz” (Mətanət Fərzəliyeva), “M.Ə.Rəsulzadə (1884-1955)” (Aydın Balayev), “İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” (Əlimərdan Bəy Topçubaşov), “M.Ə.Rəsulzadə (biblioqrafiya)” və başqa kitablar yer alır.
Qeyd edək ki, sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.
Sərgi fevralın 8-dək davam edəcək.
Tehsil-press.az