Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunan sərgi açılıb.Sərgidə kitabxananın fondunda saxlanan “Oftalmologiyanın aktual problemləri”, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri. Elmi əsərlər məcmuəsi”, “Görkəmli adamların həyatı - Zərifə Əliyeva”, “Qaranlığa nur saçan zəka, “Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan oftalmologiyanın aktual problemləri beynəlxalq elmi konfransın materialları”, “Heydər Əliyev” və digər kitablar nümayiş etdirilir.
Tehsil-press.az







