Terror və qeyri-leqal miqrasiya artacaq – ŞOK XƏBƏRDARLIQ

Terror və qeyri-leqal miqrasiya artacaq – ŞOK XƏBƏRDARLIQ Venesuelada dövlət çevrilişini həyata keçirmək cəhdləri terror təhlükəsi və qeyri-leqal miqrasiyanın artmasına gətirib çıxara bilər.
Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu bildirib.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxış edən nazir qeyd edib ki, bəzi ölkələrin şəxsi maraqlara görə Venesuelada rejimin dəyişdirilməsi üzrə cəhdləri regionda sosial vəziyyətin pisləşməsinə gətirib çıxarıb. Şoyqu Yaxın Şərq və Afrikanın şimalında belə xarici hərəkətlərin nəticələrini xatırladıb və Venesuelada belə ssenarinin inkişafı barədə xəbərdarlıq edib.

Tehsil-press.az

Oxşar xəbərlər