Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 1 nömrəli İdman liseyinin pedaqoji və məşqçi-müəllim heyəti ilə görüş keçirib. Əvvəlcə dərs prosesi ilə tanış olan nazir müavini şagirdlərlə söhbət edib.
Tədbirdə çıxış edən Firudin Qurbanov müasir tələblərə cavab verən idman təmayüllü liseylərin yaradılmasının əhəmiyyətindən danışıb, belə təhsil müəssisələrinin şagirdlərin təhsil alması ilə yanaşı, peşəkar idmançı kimi yetişməsinə şərait yaratmaq, ehtiyat idmançı hazırlığı işini daha da təkmilləşdirmək məqsədi daşıdığını qeyd edib.
Firudin Qurbanov təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird-valideyn münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü söyləyib. Təhsilalanların vətənpərvər, bilikli və bacarıqlı vətəndaş kimi yetişməsində tərbiyənin strateji istiqamətlərindən bəhs edən Firudin Qurbanov təhsil müəssisələrinin üzərinə düşən məsələlər haqqında fikirlərini bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Daha sonra müəssisənin maddi-texniki bazası ilə tanış olan nazir müavini səmərəli fəaliyyətin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün tövsiyə və tapşırıqlarını verib.
Görüşdə nazirliyin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, “Məktəblinin dostu” layihəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Bakı şəhəri 1 nömrəli İdman liseyi Təhsil Nazirliyinin tabeliyindəki 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Bakı şəhəri 277 nömrəli tam orta məktəbin bazasında yaradılıb.
Tehsil-press.az