İdman məktəblərinin əməkdaşları üçün seminar təşkil olunub

İdman məktəblərinin əməkdaşları üçün seminar təşkil olunub Aprelin 9-da Təhsil Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, məşqçi-müəllimləri, həkimləri və idmançıları üçün seminar keçirilib.
Seminarda təhsil nazirinin müavini Firudin Qurbanov hazırda nazirlik sistemində 76 idman məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, həmin məktəblərdən 3-ü uşaq-gənclər idman məktəbi, 13-ü ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi və 60-ı isə uşaq-gənclər idman-şahmat məktəbidir. Bu məktəblər üzrə 29 idman növü inkişaf etdirilir. Bu məktəblərin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2014-cü ildə 1994, 2017-ci ildə isə 2346 medal qazanıblar.
Nazir müavini idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə aparılmasında, eləcə də qadağa qoyulmuş yeni dərman, preparatlar və digər qaydalar haqqında idmançıların məlumatlandırılmasında seminarın əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli rəhbərlik etdiyi qurum haqqında məlumat verib, idmanda dopinq vasitələrindən və üsullarında istifadəyə qarşı mübarizədə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən bəhs edib.
Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən mövzu ilə bağlı təqdimatlar olub, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər